İrəvanda atışma olub, iki nəfər yaralanıb

İrəvanda atışma

© APA | İrəvanda atışma

# 09 dekabr 2022 11:23 (UTC +04:00)

Bu gün səhər Ermənistanın paytaxtı İrəvanda atışma nəticəsində iki nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Shamshyan” saytı məlumat yayıb.

Bildirilib ki, Erebuni polis bölməsinə daxil olan məlumata görə, Erebuni tibb mərkəzinə iki ağır yaralı gətirilib. Onlardan birinin 47, digərinin 45 yaşının olduğu deyilib.

Əlavə edilib ki, yaralılar əməliyyat olunur və həyatları ilə bağlı ciddi təhlükə yoxdur.

Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR