İrəvanda bu gün Paşinyan əleyhinə keçirilən mitinqdə 84 nəfər saxlanılıb - VİDEO - YENİLƏNİB

İrəvanda bu gün Paşinyan əleyhinə keçirilən mitinqdə 84 nəfər saxlanılıb - VİDEO  - YENİLƏNİB
# 22 sentyabr 2023 13:03 (UTC +04:00)

İrəvanda Baş nazir Nikol Paşinyan əleyhinə keçirilən bugünkü mitinqdə 84 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.

Polislərlə etirazçılar arasında toqquşmalar olub.

Qeyd edək ki, Paşinyanın istefası tələbi ilə etirazlar bir neçə gündür davam edir.

***

12:13

Ermənistan polisi İrəvanın mərkəzində kütləvi həbslərə başlayıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçıların bir hissəsi artıq saxlanılıb.

Saxlanılanlar arasında Ermənistanın sabiq Prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR