İrəvanda hava limanına bomba qoyulması barədə məlumat daxil olub

İrəvanda hava limanına bomba qoyulması barədə məlumat daxil olub
# 18 dekabr 2021 22:00 (UTC +04:00)

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvanda yerləşən “Zvartnots” hava limanında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

APA-nın məlumatına görə, bu barədə Ermənistan FHN-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürənlər, kinoloqlar, istehkamçılar, psixoloqlar və xüsusi xilasetmə dəstələri hadisə yerinə cəlb edilib.

“Partlayıcı qurğunun axtarışı davam edir. Nazirlik vəziyyətin inkişafı ilə bağlı əlavə məlumat verəcək”, məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR