İrəvanda hökumət işçiləri qəzaya düşüb, 14 nəfər yaralanıb - YENİLƏNİB

Qəza

© APA | Qəza

# 07 mart 2023 13:20 (UTC +04:00)

İrəvanda avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

***

11:18

Ermənistanın paytaxtı İrəvanda avtobus qəzaya uğrayıb, 13 nəfər xəsarət alan var.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan polisinin mətbuat xidməti təsdiqləyib.

Qeyd olunub ki, qəzaya uğrayan xidməti avtobusda hökumət aparatının əməkdaşları olub.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR