İrəvanda KTMT XİN başçılarının iclası keçiriləcək

İrəvanda KTMT XİN başçılarının iclası keçiriləcək
# 07 iyun 2022 11:11 (UTC +04:00)

İyunun 10-da İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, iclasda üzv ölkələr beynəlxalq və regional təhlükəsizliyi və bunun üzv ölkələrə təsirini müzakirə edəcək.

KTMT Birləşmiş Qərargahı və Katibliyinin geosiyasi reallıqlar fonunda böhranlı situasiyalara reaksiya mexanizmlərinin təkmilləşdirilməsi işləri barədə Xarici İşlər Nazirləri Şurasına məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR