İrəvanda metro stansiyalar bomba təhlükəsi səbəbindən boşaldılır - VİDEO

İrəvanda metro stansiyalar bomba təhlükəsi səbəbindən boşaldılır - VİDEO
# 20 iyul 2022 14:06 (UTC +04:00)

İrəvan metropoliteni hazırda tam olaraq işini dayandırıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan bildirib ki, buna bomba təhlükəsi səbəb olub.

Belə ki, nazirlik nümayəndəsinin sözlərinə görə, paytaxt meriyasının elektron adresinə metropolitenin bütün stansiyalarına bomba qoyulması barədə məktub daxil olub.

İnsident barədə polis məlumatlandırılıb.

Hazırda xilasedicilər sərnişinlərin təxliyəsi ilə məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR