İrəvanda Baş naziri Nikol Paşinyan əleyhinə keçirilən mitinqdə 46 nəfər saxlanılıb.
APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Aksiya yerinə əlavə qüvvələr cəlb edən polislərlə toqquşmalar olub.
Qeyd edək ki, Nikol Paşinyanın istefası tələb ilə etirazlar bir neçə gündür davam edir.
***
21.09.2023
Saat 22:01
İrəvanın Respublika meydanında Ermənistanın Baş naziri Nikol Paşinyan əleyhinə keçirilən mitinq iştirkçıları paytaxtın mərkəzi küçələrini bağlayıblar.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan müxtəlif istiqamətlərə bir neçə qrup göndərib.
İştirakçılar şəhər meriyasının və İrəvan konyak zavodunun binasına tərəfə yönləndirilib.
Tevanyan özü tərəfdarları ilə Nalbandyan küçəsi boyunca kəsişmələri bağlamaq niyyətindədir.
Küçələrin bağlanması ilə bağlı əsas aksiya sabah saat 07:30-da başlayacaq, bundan sonra saat 10:00-da etirazçılar hökumət binasının qarşısında toplaşmağa hazırlaşırlar.
***
Saat 20:13
İrəvanın Respublika meydanında Ermənistan Baş naziri Nikol Paşinyan əleyhinə mitinq keçirilir.
APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar Paşinyanın istefasını tələb edirlər.
Mitinqdən əvvəl vətəndaşlar İrəvanın müxtəlif küçələrində itaətsizlik aksiyaları təşkil edib, bir sıra küçələri bağlayıb, daha çox vətəndaşı onlara qoşulmağa çağırıblar.