İrəvanda Paşinyanın istefasını tələb edən 56 nəfər saxlanılıb - YENİLƏNİB-1

İrəvanda Paşinyanın istefasını tələb edən 56 nəfər saxlanılıb - YENİLƏNİB-1
# 26 sentyabr 2023 11:52 (UTC +04:00)

İrəvanda Paşinyanın istefasını tələb edən 56 şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.

Qeyd olunub ki, etirazçılar Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanın mərkəzi küçələrini bağlayıblar.

Xatırladaq ki, bu gün səhər Ermənistan hüquq-mühafizə orqanları 32 etirazçının saxlanması barədə məlumat yaymışdı.

***

10:04

Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda bu gün səhər 32 nəfər polis tərəfindən saxlanılıb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, İrəvanda vətəndaş itaətsizliyi aksiyaları hələ davam edir. Etirazçılar Ermənistan hökumətinin istefasını tələb edirlər.

Xatırladaq ki, 19 sentyabrdan başlayaraq İrəvanda Qarabağ hadisələri fonunda Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.

***

09:19

Ermənistanda Baş naziri Nikol Paşinyanın istefasını tələb edərək İrəvanın mərkəzi prospektlərindən birini bağlamağa cəhd göstərən müxalifət fəalları saxlanılıb.

APA TASS-a istinadən xəbər verir ki, əvvəlcə asayiş keşikçiləri etirazçılara prospekti açmaq üçün vaxt veriblər, bundan sonra onları saxlamağa başlayıblar.

Təxminən 10 nəfər polisə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR