İrəvanda ticarət mərkəzindəki yanğın 2 gündən sonra söndürülüb

İrəvanda ticarət mərkəzindəki yanğın 2 gündən sonra söndürülüb
# 16 avqust 2022 19:08 (UTC +04:00)

İrəvandakı “Surmalu” topdan satış bazarında baş verən partlayışdan sonra başlayan yanğın söndürülüb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın avqustun 14-dən bəri 2 gün müddətində davam edib.

Hazırda partlayışda 16 nəfərin öldüyü, daha 3 nəfərin axtarışlarının davam etdirildiyi məlumdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR