İrəvandakı aksiyada 125 nəfər saxlanılıb - YENİLƏNİB

İrəvandakı aksiyada 125 nəfər saxlanılıb - YENİLƏNİB
# 02 may 2022 10:48 (UTC +04:00)

İrəvanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında 125 nəfər saxlanılıb.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

Aksiyaçılar İnzibati Xətalar Məcəlləsinin 182-ci (polisin qanuni tələblərinə tabe olmamaqla) maddəsi ilə saxlanılıb.

***

10:00

İrəvanın mərkəzində polis Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin etiraz aksiyasının iştirakçılarını saxlamağa başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müxalifət mərkəzi meydanı bağlayıb.

Hüquq-mühafizə orqanları etirazçıları kənara itələyib, sonra isə bir neçə nəfəri maşına mindiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR