İrəvandakı partlayışda itkin düşən 6 iranlıdan 5-i Gürcüstanda tapılıb - YENİLƏNİB 1

İrəvandakı partlayışda itkin düşən 6 iranlıdan 5-i Gürcüstanda tapılıb - YENİLƏNİB 1
# 16 avqust 2022 02:52 (UTC +04:00)

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzindəki yanğında itkin düşmüş hesab edilən altı İran vətəndaşından beşinin sağ oldu bildirilib.

APA xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi sosial şəbəkə hesabında bildirib ki, həmin şəxslər Gürcüstandadır.

İran səfirliyinin məlumatına görə, bu vətəndaşlar Ermənistan ərazisindən keçərək Gürcüstana gedirmişlər.

Beləliklə, hazırda itkin düşən vətəndaşların ümumi sayı 18-dir.

***

15.08.2022

Saat 22:45

İrəvanda “Surmalu” topdan satış bazarında partlayış zamanı itkin düşmüş hesab olunanların sayı 22 nəfər olub.

APA xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Onların arasında altı İran və bir Rusiya Federasiyası vətəndaşı da var.

***

Saat 14:43

İrəvanda “Surmalı” topdan satış bazarında partlayış zamanı itkin düşənlərdən biri İran vətəndaşı Mehri Tahreridir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Hazırda itkin düşənlərin sayı artaraq 18 nəfərə çatıb.

Ərazidə axtarış-xilasetmə işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR