İrəvandakı partlayışda ölənlərin sayı 16-ya çatıb, 17 nəfər itkin sayılır

İrəvandakı partlayışda ölənlərin sayı 16-ya çatıb, 17 nəfər itkin sayılır
# 16 avqust 2022 11:05 (UTC +04:00)

İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

APA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan açıqlama verib.

O, ölənlərdən yalnız 6 nəfərin şəxsiyyətinin müəyyənləşdirildiyini əlavə edib.

“Daha 17 nəfər itkin düşmüş şəxslər siyahısındadır”, - Ayk Kostanyan deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR