İrəvanın mərkəzi küçələrində etiraz aksiyası keçirilir.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, etirazçılar Baş nazir Nikol Paşinyanı istefa verməyə səsləyir.
Müxalifət üzvləri aksiyaların bütün sutka ərzində keçiriləcəyini və bu gün axşam hökumət evinin qarşısında davam etdiriləcəyini açıqlayıb.