İrəvanda müxalifətin yürüşü Paşinyanın iqamətgahına çatıb - YENİLƏNİB 1

İrəvanda müxalifətin yürüşü Paşinyanın iqamətgahına çatıb -  YENİLƏNİB 1
# 21 may 2022 21:20 (UTC +04:00)

İrəvanda müxalifətin təşkil etdiyi yürüşdə iştirakçılar baş nazir Nikol Paşinyanın iqamətgahına çatıb.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinin hadisə yerində olan müxbiri məlumat yayıb.

İştirakçılar iqamətgahın önündə 30 dəqiqə dayanaraq “Nikol xaindir” şüarını səsləndiriblər.

***

Saat 19:53

***

Müxalifətin Baş nazir Nikol Paşinyanın iqamətgahına doğru yürüşü başlayıb.

APA xəbər verir ki, bu barədə RİA Novostinin müxbiri məlumat verib.

Etiraz yürüşünü avtomobillər müşayiət edir.

***

19:32

Bu gün İrəvanın “Fransa” meydanında Müqavimət Hərəkatının mitinqi keçirilir.

APA news.am-a istinadən bildirir ki, mitinq Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR