İtaliya səfiri İrəvanda yol qəzasına düşüb

İtaliya səfiri İrəvanda yol qəzasına düşüb
# 20 may 2022 11:31 (UTC +04:00)

İtaliyanın Ermənistandakı səfiri Alfonso Di Rizo yol qəzasına düşüb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” İtaliya səfirliyinə istinadən məlumat yayıb.

Hadisə İrəvanda Beyrut və Qriqor Lusavoriç küçələrinin kəsişməsində baş verib. “Mercedes” və səfirin içərisində olduğu “Audi” markalı avtomobillər toqquşub.

Səfir “Nairi” tibb mərkəzinə yerləşdirilib.

Ermənistan Polisinin mətbuat xidmətindən yol qəzasında xəsarət alan şəxsin kimliyi barədə məlumat verilməyib. Sadəcə olaraq qeyd olunub ki, “Audi”nin 57 yaşlı sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR