Kadırovun iyuldan bəri ödənişli məzuniyyətdə olduğu məlum olub

Kadırovun iyuldan bəri ödənişli məzuniyyətdə olduğu məlum olub
# 18 sentyabr 2023 15:29 (UTC +04:00)

Çeçenistan rəhbəri Ramzan Kadırovun bu ilin iyulun 3-dən ödənişli məzuniyyətdə olduğunu məlum olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə rusiyalı jurnalist, fəaliyyəti dayandırılmış “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov öz Teleqram kanalında yazıb.

Venediktov Kadırovun imzaladığı sərəncamın fotosunu paylaşıb. Sənəddə Çeçenistan rəhbərinin iyulun 3-də məzuniyyətə çıxdığı və səlahiyyətlərini respublikanın hökumət sədri Müslüm Xuçiyevə həvalə etdiyi qeyd olunub.

Venediktov Kadırovun məzuniyyətdən qayıtması ilə bağlı sənədin olmadığını da xatırladıb.

Rusiyalı jurnalist bundan öncəki paylaşımında isə Kadırovun tipik ağır böyrək çatışmazlığımdan əziyyət çəkdiyini yazıb: "Buna görə tez-tez hemodializ lazımdır. Görünür, Mərkəzi Klinik Xəstəxanada bu baş verir", deyə Venediktov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR