Kadırovun Şeyx Şamil haqda dedikləri Dağıstanda narazılıq yaradıb

Kadırovun Şeyx Şamil haqda dedikləri Dağıstanda narazılıq yaradıb
  • Clock-gray 11:29
  • calendar-gray 09 Avqust 2019

Çeçenistan Prezidenti Ramzan Kadırovun Şeyx Şamil haqda səsləndirdiyi fikirlər Dağıstanda narazılığa səbəb olub. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sosial şəbəkələrdə 30-a yaxın Mahaçqala sakininin Avar teatrı yaxınlığında meydana çıxmasını özündə əks etdirən görüntülər yayılıb.

Mahaçqala sakinləri R. Kadırovun fikirlərinə etiraz olaraq meydana yığışıblar.

Sakinlər sahə müvəkkili ilə söhbətdən sonra dağılışıblar.

Qeyd edək ki, R. Kadırov “Çeçenistan bu gün” nəşrinə müsahibəsində Şeyx Şamilin XIX əsrdə apardığı mübarizənin çeçen xalqının sayının azalmasına gətirib çıxardığını bildirib. R. Kadırovun məlum açıqlamasından sonra Mahaçqalanın meri Salman Dadayev və yüngül çəki dərəcəsində UFC kəmərinin sahibi Həbib Nurməhəmmədov ona etiraz ediblər.

Qeyd edək ki, Şeyx Şamil XIX əsrdə çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date