Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib
# 04 fevral 2023 02:18 (UTC +04:00)

Kanada Rusiyaya qarşı sanksiyalar siyahısını daha 38 adla genişləndirib. Yeni siyahıya “Rusiya təbliğatı ilə” əlaqəli 16 hüquqi şəxs də əlavə edib.

APA-nın məlumatına görə, bu barədə cümə günü Kanada Xarici İşlər Nazirliyinin saytında müvafiq sənəd yerləşdirilib.

Siyahıya aparıcı Rusiya telekanallarının aparıcıları, müharibə müxbirləri, redaktorları, jurnalistlər və sənət adamları daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR