Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib

Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib
# 26 noyabr 2022 09:49 (UTC +04:00)

Astanada Müstəqillik Sarayında Qazaxıstan Prezidenti seçilən Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib.

APA TASS-a istinadən verir ki, Kasım-Jomart Tokayev təntənəli surətdə xalqa sədaqət andı içib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Tokayevə prezident vəsiqəsini təqdim edib.

Xatırladaq ki, Qazaxıstanda 20 noyabrda növbədənkənar prezident seçkiləri keçirilib. Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin yekun nəticəsini açıqlayıb. Kasım-Jomart Tokayev 81,31 faiz səs toplayaraq seçkidə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR