Kazan Universitetinin rektoru sifarişli qətl ittihamı ilə həbs edilib

İlşat Qafurov

© APA | İlşat Qafurov

# 22 dekabr 2021 23:26 (UTC +04:00)

Moskvanın Basmannı məhkəməsi sifarişli qətldə təqsirləndirilən Kazan Federal Universitetinin rektoru İlşat Qafurovu fevralın 21-də həbs edib.

APA xəbər verir ki, bu barədə Məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məhkəmə istintaqın vəsatətini təmin edib və İlşat Qafurov barəsində həbs-qətimkan tədbiri seçilib.

Artıq rektora müvafiq maddə ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Qafurov bir neçə il əvvəl Tatarıstanda baş vermiş qətldə əli olmaqda şübhəli bilindiyi üçün Kazanda saxlanılıb.

Yerli mətbuatın yazdığına görə, rektorun regional mütəşəkkil cinayətkar qruplardan biri ilə yaxınlığı ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR