KİV: Ermənistanın Baş prokuroru Yuri Xaçaturovun oğlunun həbsi barədə vəsatət qaldırıb

İqor Xaçaturyan

© APA | İqor Xaçaturyan

# 26 noyabr 2022 11:26 (UTC +04:00)

Ermənistanın yeni Baş prokuroru Anna Vardapetyan İqor Xaçaturovun həbs olunması barədə vəsatət qaldırıb.

APA xəbər verir ki, bu barədə “Joqovurd” öz mənbələrinə istinadən məlumat yayıb.

Kassasiya məhkəməsi isə vəsatəti təmin etməyib.

Qeyd edək ki, İqor Xaçaturov bu ilin iyulunda həbs olunub və 2 aylıq həbsdən sonra girov qarşılığında sərbəst buraxılıb. Saxlanılmasına səbəb isə müxalifətin 17 mayda keçirdiyi etiraz aksiyalarında iştirak etməsi və polisin əmrinə tabe olmaması göstərilib.

Xatırladaq ki, İqor Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş Baş katibi, Ermənistanın sabiq Baş qərargah rəisi Yuri Xaçaturovun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR