KİV: Ermənistanın hakim partiyası ombudsman postuna namizəd tapa bilməyib

Ermənistan

© APA | Ermənistan

# 28 yanvar 2023 12:11 (UTC +04:00)

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası ölkənin ombudsmanı postuna namizəd tapa bilməyib.

APA xəbər verir ki, bu barədə yerli “Joqovurd” nəşri öz mənbələrinə istinadən bildirib.

Qəzet yazır ki, Ermənistanın sabiq ombudsmanı Kristine Qriqoryanın istefasından sonra ölkə rəhbərliyi onu əvəz edə biləcək namizəd tapa bilmir.

Qeyd olunub ki, cəmiyyətdə müsbət imicə malik olan və eyni zamanda, tələb olunan kriteriyalara cavab verən namizəd lazımdır.

Son dövrdə Ermənistan KİV-də ombudsman postunu əmək nazirinin müavini Tatevik Stepanyanın tuta biləcəyi barədə məlumat yayılsa da, bu mövzu aktual deyil.

Xatırladaq ki, ötən ilin 24 yanvarından etibarən ombudman kimi fəaliyyət göstərən Kristine Qriqoryan bu ilin yanvarın 23-də vəzifəsindən istefa verib və bu qərar onun Ermənistan Ali Məhkəmə-Hüquq Şurasında vəzifəyə keçidi ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR