KİV: Hindistan Ermənistana 245 milyon dollarlıq silah-sursat tədarük edəcək - VİDEO

KİV: Hindistan Ermənistana 245 milyon dollarlıq silah-sursat tədarük edəcək - VİDEO
# 29 sentyabr 2022 10:50 (UTC +04:00)

Hindistan Ermənistanla çoxlu sayda raket, reaktiv mərmi və sursatların ixracına dair müqavilə imzalayıb.

APA “Economic Times”a istinadən xəbər verir ki, müqavilə bu ayın əvvəlində iki ölkənin hökumətləri arasında imzalanıb.

Müqavilələrin ümumi məbləği tam olaraq açıqlanmasa da, yaxın aylarda Ermənistana təqribən 245 milyon ABŞ dolları məbləğində silah göndəriləcək.

O da qeyd olunub ki, Hindistan ilk dəfə olaraq “Pinaka” çoxlüləli reaktiv atış qurğularını ixrac edəcək, hansı ki, bu qurğular Hindistan ordusunun arsenalında yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR