KİV: İrəvan polis idarəsinin rəis müavininə Ermənistan Patrul Xidmətinin rəhbəri vəzifəsi təklif olunacaq

Artur Xudinyan

© APA | Artur Xudinyan

# 22 mart 2023 11:31 (UTC +04:00)

İrəvan polis idarəsinin rəis müavini Artur Xudinyana Ermənistan Patrul Xidmətinin rəhbəri vəzifəsi təklif olunacaq.

APA xəbər verir ki, bu barədə yerli “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edir ki, Ermənistan DİN rəhbərliyi uzun müddətdir ki, bu vəzifəyə namizəd axtarır və həmin namizəd sistemdaxili proseslərə nəzarət edə biləcək və islahatları təşviq edəcək biri olmalıdır.

Xatırladaq ki, bu ilin 16 fevralında İrəvanda baş verən insidentdən sonra patrul xidmətinin rəhbəri Artur Umrşatyan tutduğu vəzifədən azad edilib və o vaxtdan bu vəzifəyə təyinat olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR