KİV: Koçaryan və Sarkisyanın işlərini araşdıran prokurorlar istefa ərizələri yazıblar

KİV: Koçaryan və Sarkisyanın işlərini araşdıran prokurorlar istefa ərizələri yazıblar
# 06 iyun 2023 12:50 (UTC +04:00)

Ermənistanın ikinci və üçüncü prezidentlərinin işlərinin araşdırılmasında iştirak edən prokurorlar tutduqları vəzifələrdən istefa ərizələri yazıblar.

APA xəbər verir ki, “Sputnik Ermənistan”nın mənbələri eks-prezident Robert Koçaryanın işi ilə məşğul olan baş prokurorun müavini Gevorq Baqdasaryanın və prokuror Petros Petrosyanın, həmçinin Serj Sarkisyanın işinə nəzarət edən prokuror Arsen Martirosyanın istefa verdiyini deyib.

Onların istefa səbəbləri barədə məlumat verilmir və məlumatın heç bir rəsmi təsdiqi yoxdur. Baş Prokurorluq hələ ki, məlumatı şərh etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR