KİV: Paşinyan yazda Konstitusiya referendumu keçirmək istəyir

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 17 yanvar 2023 12:56 (UTC +04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan yazda Ermənistanda mütləq Konstitusiya referendumunun keçiriləcəyini bildirib və Mərkəzi Seçki Komissiyasına artıq hazırlıq işlərinə başlamağı tapşırıb.

APA xəbər verir ki, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazır.

Mənbə gələn həftə Konstitusiyaya dəyişikliklərlə bağlı komissiyanın yekun mətnlə bağlı müzakirə aparacağını deyib.

“Dəyişikliyin tam mətni ilə bağlı hökumətyönlü hüquqşünaslarla müzakirə aparılıb. Amma bəzi hüquqşünaslar dəvət alsa da, müzakirələrə qatılmayıb, bəziləri isə ilk başdan bundan imtina edib”, - qəzet yazır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR