"Komsomolskaya Pravda"nın Kosovada həbs edilən müxbiri azad edilib - YENİLƏNİB

Darya Aslamova

© APA | Darya Aslamova

# 07 avqust 2022 09:55 (UTC +04:00)

“Komsomolskaya Pravda”nın jurnalisti Darya Aslamova redaksiyamızla əlaqə saxlayaraq Serbiya-Kosovo sərhədində yerləşən Raşka şəhərində olduğunu bildirib”.

APA xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda”nın redaksiyasından məlumat verilib.

O, avqustun 7-nə keçən gecə tanınmamış Kosova hakimiyyəti tərəfindən saxlanılıb, sonra sərbəst buraxılıb.

***

09:46

"Komsomolskaya Pravda"nın müxbiri Darya Aslamovanın Kosovada həbs edildiyi bildirilir.

APA xəbər verir ki, bu barədə tanınmamış Kosovanın daxili işlər naziri Celal Sveçliya mətbuat konfransında bildirib.

Media nümayəndəsi şənbə günü, avqustun 6-da saxlanılıb. Məlumata görə, o, casusluqda şübhəli bilinir. Celal Sveçliya onun barəsində bunları deyib:

"Bir neçə ölkə onun Rusiya hərbi kəşfiyyatı üçün casusluq etdiyini və jurnalist adı altında hərəkət etdiyini sübut edib".

Daxili İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, jurnalist Ukraynada hərbi əməliyyatlarda iştirak edib.

Redaksiyadan isə bildirilir ki, Aslamova qəzetin göstərişi ilə Serbiyada olub. O, həbs olunandan bəri əlaqə saxlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR