Kosmik turistləri daşıyan raket Qazaxıstana enib

Kosmik turistləri daşıyan raket Qazaxıstana enib
# 20 dekabr 2021 07:57 (UTC +04:00)

"Soyuz MS-20” kosmik gəmisinin modulu Qazaxıstan çöllərinə eniş edib.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Kosmik Uçuşları İdarəetmə mərkəzi məlumat yayıb.

Cezqazqan şəhərində 138 kilometr uzağa enən modulun göyərtəsində rus kosmonavt Aleksandr Misurkin, Yaponiyalı milyarder Yusaku Maedzava və köməkçisi Endzo Xirano olub. Xilasedicilər modudakılara yardım göstərirlər. Onların səhhəti normaldır.

Gün ərzində kosmonavtlarla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, sözügedən heyət Beynəlxalq Kosmik Stansiyaya dekabrın 8-də yola düşmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR