Kosmosda ən uzun uçuş rekordu vuran kosmonavt vəfat edib

Kosmosda ən uzun uçuş rekordu vuran kosmonavt vəfat edib
# 19 sentyabr 2022 12:47 (UTC +04:00)

Kosmosda ən uzun uçuş rekordu vuran rusiyalı kosmonavt Valeri Polyakov 81 yaşında vəfat edib. APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə “Roskosmos” xəbər verib.

Qeyd edək ki, Polyakov iki kosmik ekspedisiya edib. Ümumilikdə o, orbitdə 678 gün 16 saat olub. Polyakovun tədqiqatı insan orqanizminin təkcə Yerə yaxın orbitə deyil, həm də uzaq kosmosa uçuşlara hazır olduğunu sübut etməyə kömək edib.

Polyakovun ekspedisiyanın rekordu 1994-cü ilin yanvarından 1995-ci ilin martına qədər “Mir” stansiyasında uçuşu zamanı qeydə alınıb. Bu uçuşa görə Polyakov Rusiya Qəhrəmanı adına layiq görülüb. O, 1989-cu ildə kosmosa ilk uçuşuna görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR