Krasnodar hava limanı qara görə bağlanıb - VİDEO

Krasnodar hava limanı qara görə bağlanıb - VİDEO
# 23 yanvar 2022 10:22 (UTC +04:00)

Krasnodar hava limanı bu gecə bağlanıb, 16 reys ləğv edilib.

APA bildirir ki, bu barədə hava limanının mətbuat xidməti xəbər verir.

Məlumata görə, şənbə günü Krasnodar hava limanı güclü qar yağması səbəbindən müvəqqəti işini dayandırıb. Bazar günü də qar yağışı davam etdiyinə görə, hava limanı yenidən işini məhdudlaşdırmaq məcburiyyətində qalıb.

Aeroportdan bildirilib ki, güclü qar gecə yarısından etibarən güclənib və bu günə kimi davam edir:

“Krasnodar Hava Limanı təhlükəsiz uçuş üçün yanvarın 23-də səhər saat 5-ə qədər, daha sonra isə saat 10.30-a qədər uçuşları dayandırıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR