Kreml: ABŞ-ın "Vaqner"i cinayətkar təşkilat kimi tanımasının heç bir əhəmiyyəti yoxdur

Kreml: ABŞ-ın "Vaqner"i cinayətkar təşkilat kimi tanımasının heç bir əhəmiyyəti yoxdur
# 23 yanvar 2023 14:02 (UTC +04:00)

ABŞ-ın "Vaqner" qrupunu cinayətkar təşkilat kimi tanımasının Rusiya və ya qrupun özü üçün heç bir əhəmiyyəti yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Düşünmürəm ki, bu, bizim ölkəmiz və ya “Vaqner" özəl hərbi təşkilatı üçün hansısa əhəmiyyət kəsb edir”, – Putinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə Vaşinqtonun "Vaqner" qrupuna qarşı sanksiyalar tətbiq edəcəyini, Maliyyə Nazirliyinin isə onu beynəlxalq cinayət təşkilatı kimi tanıyacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR