Kreml: ABŞ Rusiyanı düşmən kimi qəbul edir

Kreml: ABŞ Rusiyanı düşmən kimi qəbul edir
# 09 fevral 2023 14:44 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları Rusiyanı düşmən kimi qəbul edir və Ukraynadakı münaqişədə iştirakını genişləndirir, bu isə daha da gərginləşməyə səbəb olur.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Birləşmiş Ştatlar ölkəmizə qarşı düşmən münasibətini bəsləyir. ABŞ bizi rəqib kimi qəbul edir. Vaşinqton Rusiya ilə Ukrayna arasındakı münaqişədə iştirakını daha da genişləndirmək üçün siyasi iradəsini bəyan edir”, - deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Peskov həmçinin qeyd edib ki, Vaşinqton Ukraynanı münaqişənin daha da gərginləşməsinə təhrik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR