Kreml Arestoviçin Dnestryanı ilə bağlı fikirlərini təxribatçı adlandırıb

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 27 aprel 2022 15:25 (UTC +04:00)

Kreml Kiyev nümayəndəsinin Dnestryanı ərazinin Ukrayna qüvvələri tərəfindən ələ keçirilməsi ehtimalı ilə bağlı dediklərini kifayət qədər təxribatçı sayır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Kifayət qədər təxribatçıdır. Mənim deyə biləcəyim tək şey budur", - Kremlin sözçüsü Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviçin “Ukrayna Silahlı Qüvvələrinin Moldova müraciət edəcəyi təqdirdə Dnestryanı ərazisini nəzarət altına ala bilər” açıqlamasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, aprelin 25 və 26-da Moldova respublikasının separatçı regionu olan Dnestryanının ərazisində üç terror aktının törədildiyi barədə məlumat yayılıb. Bildirilib ki, Mayak yaşayış məntəqəsində Dnestryanı radio-televiziya mərkəzinin iki antenası partladılıb, Dövlət Təhlükəsizlik Nazirliyinin binası əl qumbaraatanlarından atəşə tutulub, Tiraspoldakı hərbi aerodromun ərazisində də partlayışlar baş verib. Ölən və yaralananlar barədə məlumat verilməyib.

Moldova prezidenti Maya Sandu isə terror hücumlarında Dnestryanı daxilində sabitliyi pozmaqda maraqlı olan qüvvələri günahlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR