Kreml: Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı ekspertlər səviyyəsində intensiv iş aparılır - VİDEO

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 13 sentyabr 2022 14:01 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığına uyğun olaraq Ermənistan-Azərbaycan sərhədində münaqişənin gərginləşməsi ilə bağlı ciddi ekspert işləri aparılır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Dünən gecə Ermənistanın Baş naziri Paşinyanla telefon danışığı oldu. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, orada baş verən ciddi gərginlik müzakirə olundu. Baş verən söhbətə uyğun olaraq hazırda sərhəddəki gərginliklə bağlı ekspertlər səviyyəsində intensiv iş aparılır. Hələlik daha çox deməyəcəm. Bu işin nəticələri barədə sizə məlumat verəcəyik. Təbii ki, Rusiya Federasiyasının rolunu, şəxsən Putinin rolunu qiymətləndirmək çətindir. Təbii ki, prezident sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün əlindən gələni edir. Bu səylər davam edir", - deyə Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR