Kreml: “Azovstal”da mülki şəxslərin təxliyəsində BMT-nin iştirakına baxılır

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 27 aprel 2022 15:35 (UTC +04:00)

“Azovstal”da ola biləcək mülki şəxslərin təxliyəsində BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQKX) iştirakı məsələsi işləniləcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Mövzu həqiqətən də cənab Quterreş tərəfindən səsləndirilib. (BMT baş katibinin Rusiya prezidenti Vladimir Putinlə aprelin 26-da Kremldə görüşü zamanı – red). Bu məsələdə daha sonra işləniləcək. Bununla bağlı heç bir konkret razılaşma olmayıb”, - Peskov vurğulayıb.

Kreml sözçüsü onu da xatırladıb ki, söhbət zamanı Putin Quterreşi ukraynalı hərbi əsirlərin saxlanma şəraiti ilə tanış olmağa dəvət edib: "Putin arzuladığı təqdirdə Quterreşə məhbusların saxlanma şəraiti ilə tanış olmağı təklif edib. Bundan sonra da təmaslar davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR