Kreml: Baydenin Rusiyanı terrorizm sponsoru adlandırmaqdan imtina etməsi yaxşı haldır

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 06 sentyabr 2022 11:47 (UTC +04:00)

Kreml ABŞ prezidenti Co Baydenin Rusiya Federasiyasını terrorizmin sponsoru adlandırmaqdan imtina etməsini ritorikanın yumşaldılması kimi qəbul etmir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, sualın verilməsinin dəhşətli olduğunu, amma Baydenin cavabının yaxşı olduğunu söyləyib.

"Düşünürəm ki, bu, çətin bu cür qiymətləndirmələrə səbəb ola bilər. Sualın qoyuluşu da kifayət qədər dəhşətlidir. Əlbəttə, ABŞ prezidentinin belə cavab verməsi yaxşı haldır ”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Bayden Rusiyanın ABŞ-ın terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil edilməsini zəruri hesab edib-etməməsi ilə bağlı suala mənfi cavab verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR