Kreml bəzi ölkələrin Lavrovun təyyarəsi üçün hava məkanını bağlamasına münasibət bildirib

Kreml bəzi ölkələrin Lavrovun təyyarəsi üçün hava məkanını bağlamasına münasibət bildirib
# 06 iyun 2022 14:52 (UTC +04:00)

Bir sıra ölkələrin xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün Serbiyaya gedərkən hava məkanını bağlaması təmasların cədvəlini dəyişəcək, lakin qarşılıqlı fəaliyyətə əhəmiyyətli dərəcədə mane olmayacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əlbəttə ki, ölkəmizə, ölkəmizin yüksək səviyyəli nümayəndələrinə qarşı bu cür düşmənçilik hərəkətləri müəyyən problemlər yarada bilməz, bu, ancaq təmasların qrafikinin müəyyən müddətə dəyişdirilməsinə gətirib çıxara bilər”, - deyə Peskov vurğulayıb.

Onun sözlərinə görə, Kreml əmindir ki, bu düşmənçilik hərəkətləri Rusiya ilə Serbiya kimi dost ölkələr arasında təmasların davam etdirilməsinin qarşısını ala bilməyəcək: “Ona görə də, bəli, bizim diplomatik işimizin davam etdirilməsində müəyyən diskomfort yaranır, lakin bu, diplomatiyamızın işinin davam etdirilməsinə mane olmaq iqtidarında deyil”.

Qeyd edək ki, Serbiya ilə qonşu ölkələr Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR