Kreml BQ rəisinin Ukraynadakı əməliyyata rəhbər təyin edilməsinin səbəbini açıqlayıb

Kreml BQ rəisinin Ukraynadakı əməliyyata rəhbər təyin edilməsinin səbəbini açıqlayıb
# 12 yanvar 2023 15:17 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı hərbi əməliyyata rəhbərlik etməsi ilə bağlı qərar əməliyyatın vəzifələrinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Birləşmiş Qüvvələr Qruplaşmasının komandanı təyin edilməsi xüsusi hərbi əməliyyatın vəzifələrinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır”, deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, dünən Rusiya müdafiə naziri Sergey Şoyqunun əmri ilə Ukrayadakı hərbi əməliyyatlara rəhbərlik Valeri Gerasimova tapşırılıb. Gerasimova qədər əməliyyata Sergey Surovikin rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR