Kreml Britaniyanın gələcək Baş nazirinin balanslı mövqe tutacağına ümid edir

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 21 iyul 2022 15:45 (UTC +04:00)

Moskva Britaniyanın növbəti Baş nazirinin Rusiyaya qarşı daha balanslı mövqe tutacağına ümid edir.

APA-nın Britaniya bürosunun “Reuters”a istinadən xəbərinə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Biz ümid edirik ki, Böyük Britaniyanın gələcək Baş naziri ölkəmizə qarşı daha balanslı ritorikaya meyl edəcək”, - o vurğulayıb.

Qeyd edək ki, Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trass Boris Consonu əvəz etmək üçün bu yay kampaniya aparacaqlar.

Yeni Baş nazirin adının sentyabrın 5-də açıqlanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR