Kreml: Bütün ölkələr Zaporojye AES-i atəşə tutmağı dayandırması üçün Kiyevə təzyiq göstərməlidir

Kreml: Bütün ölkələr Zaporojye AES-i atəşə tutmağı dayandırması üçün Kiyevə təzyiq göstərməlidir
# 29 avqust 2022 13:50 (UTC +04:00)

Rusiya Federasiyası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Zaporojye AES-ə missiyasını zəruri hesab edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Zaporojye AES-in ətrafında hərbsizləşdirilmiş zonanın yaradılmasından söhbət getmir.

"Bütün ölkələr Kiyevə təzyiq göstərməyə borcludur ki, Ukrayna bütün Avropanı təhlükə altına alaraq Zaporojye AES-i atəşə tutmağı dayandırsın",-deyə Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR