Kreml Cenevrə və Brüssel danışıqlarını uğursuz hesab edir

Peskov

© APA | Peskov

# 13 yanvar 2022 13:57 (UTC +04:00)

Kreml təhlükəsizlik təmanatları ilə bağlı Cenevrə və Brüsseldə keçirilən Rusiya-ABŞ danışıqlarını uğursuz hesab edir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya-ABŞ danışıqlarını iki raundun nəticələrinə görə uğursuz adlandırıb.

Qeyd edək ki, yanvarın 9-10-da Cenevrədə Moskvanın təhlükəsizlik təminatları haqqında təkliflər sənədinin müzakirəsi ilə bağlı Rusiya-ABŞ dialoqunun birinci raundu, yanvarın 12-də isə Brüsseldə Rusiya-NATO şurası çərçivəsində ikinci raundu baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR