Kreml: Conson bizi sevmir, biz də onu sevmirik 

Boris Conson

© APA | Boris Conson

# 07 iyul 2022 14:05 (UTC +04:00)

Böyük Britaniya sakinləri hökumətlərinin işini özləri qiymətləndirməlidirlər, bu, Kremlin səlahiyyətinə aid deyil.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Orada çox mürəkkəb siyasi sistem var və heç bir ictimai dəstəyi olmayan şəxs hökumətə rəhbərlik edə bilər. Görünür, cənab Conson da onlardan biridir", - Kremlin sözçüsü vurğulayıb.

Peskov eyni zamanda, Britaniyada nə vaxtsa daha peşəkar insanların hakimiyyətə gələcəyinə ümid etdiyini vurğulayıb: “Cənab Consonun özünə gəlincə, o, bizi sevmir. Biz də onu sevmirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR