Kreml: Ermənistan sözsüz KTMT-də qalacaq - YENİLƏNİB

Kreml: Ermənistan sözsüz KTMT-də qalacaq  - YENİLƏNİB
# 23 noyabr 2022 23:02 (UTC +04:00)

Ermənistan, sözsüz ki, KTMT-də qalacaq. Bütün çətinliklərə, heç də hər şeyin razılaşdırılmamasına baxmayaraq Ermənistan KTMT-də qalacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov KTMT sammitinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

“Tədbir [KTMT sammiti] bütün mürəkkəbliyinə baxmayaraq, liderlərin çıxışları zamanı hər şeyin razılaşdırılmamasına baxmayaraq bu formatın aktuallığını, KTMT-nin aktuallığını və həyati qabiliyyətini bir daha təsdiqlədi", - deyə Kremlin sözçüsü əlavə edib.

Peskov bildirib ki, danışıqlarda KTMT ölkələrinin liderləri Ermənistanda sülhməramlı missiyanın müddətinin uzadılması məsələsini, həmçinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin taleyini müzakirə ediblər: "Bu mövzuya olduqca açıq, çox birbaşa, konstruktiv toxunulub. Hələ hər şey razılaşdırılmayıb, müəyyən nüanslar var".

Putinin mətbuat katibi mövzunun gündəmdə olduğunu vurğulayıb.

***

22.40

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Qeyd edək ki, bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Şurasının növbəti sessiyası keçirilib. Sessiyada təşkilata üzv olan ölkələrin dövlət başçıları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR