Kreml: Faktiki NATO ilə qarşıdurmadayıq, qismən səfərbərlik qərarına səbəb budur - VİDEO

Kreml: Faktiki NATO ilə qarşıdurmadayıq, qismən səfərbərlik qərarına səbəb budur - VİDEO
# 22 sentyabr 2022 14:24 (UTC +04:00)

“De-fakto Rusiya NATO il' qarşıdurmadadır. Bu, qismən səfərbərlik elan etmək zərurətinə səbəb olub”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, qismən səfərbərlik elan edildikdən sonra da Ukraynadakı "xüsusi əməliyyat"ın statusu dəyişməyəcək və müharibə sayılmayacaq.

Peskov onun da bildirib ki, hökumət qismən səfərbərlikdən kimin möhlət hüququna malik olduğunu müəyyən edən sənəd hazırlayır.

Kremlin sözçüsü aeroportlarda yaşanan ajiotajla bağlı məlumatların çox şişirdildiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR