Kreml: İqor Dodona qarşı iddialar Moldovanın daxili işidir

Kreml: İqor Dodona qarşı iddialar Moldovanın daxili işidir
# 24 may 2022 14:17 (UTC +04:00)

Kreml keçmiş prezident İqor Dodona qarşı iddiaları Moldovanın daxili işi hesab edir, eyni zamanda Rusiya Federasiyası ilə münasibətləri inkişaf etdirmək istəyənlərin təqiblərə məruz qalmasından narahatdır və Dodonun qanuni hüquqlarına riayət olunacağına əmin olmaq istəyir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Birincisi, bu, Moldovanın daxili işidir. İkincisi, biz təbii olaraq narahatıq ki, Rusiya Federasiyası ilə dostluq münasibətlərinin, qarşılıqlı faydalı münasibətlərin inkişafı tərəfdarı olanlara qarşı yenə də belə praktika və təqiblər tətbiq olunur. Ona görə də təbii ki, biz ümid etmək və əmin olmaq istərdik ki, Dodonun bütün qanuni hüquqlarına riayət olunacaq”, - Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR