Kreml Kadırovun general Lapini tənqid etməsinə münasibət bildirib

Kreml Kadırovun general Lapini tənqid etməsinə münasibət bildirib
# 03 oktyabr 2022 13:31 (UTC +04:00)

Kremlin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiya Silahlı Qüvvələrinin generalını tənqid etməsinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Peskov qeyd edib ki, Kadırov Ukrayndakı xüsusi əməliyyata böyük töhfə verib: “İş ondadır ki, çətin anlarda qiymətləndirmələrdə emosiyalar istisna olunmalıdır”.

Kremlin sözçüsü Kadırovun xüsusi əməliyyatın tərkib hissəsi kimi az gücə malik nüvə silahından istifadə olunmasına çağırışla bağlı dediklərinə isə belə münasibət bildirib: “Doktrinada hər şey yazılıb, başqa mülahizələr ola bilməz”.

Qeyd edək ki, Ramzan Kadırov Ukraynanın Liman şəhəri istiqamətində müdafiəyə rəhbərlik edən Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairə komandanı, general-polkovnik Aleksandr Lapini sərt şəkildə tənqid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR