Kreml: Kiyev razılaşdırılmış məsələlərlə bağlı mövqeyini tez-tez dəyişir

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 18 aprel 2022 14:33 (UTC +04:00)

Kiyev artıq razılaşdırılmış məsələlərlə bağlı mövqeyini tez-tez dəyişir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xüsusi hərbi əməliyyat davam edir. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin dedi ki, bu, plan üzrə gedir. Eyni zamanda, danışıqlar prosesi çərçivəsində ekspertlər səviyyəsində təmaslar davam edir. Mən Prezidentin sözlərini də xatırlatmaq istəyirəm ki, təəssüf ki, Ukrayna tərəfi o qədər də sabitlik nümayiş etdirmir, razılaşdırılmış məqamlarla bağlı mövqeyini tez-tez dəyişir”, - Kremlin sözçüsü vurğulayıb.

Ukrayna Prezidenti Vladimir Zelenskinin Moskvanın Ukraynadan qoşunlarını çıxaracağı təqdirdə, Kiyevin Krımın statusunu və NATO-ya üzv olmaqdan imtinanı müzakirə etməyə hazır olacağına dair bəyanatını şərh edən Peskov bildirib ki, Rusiya Federasiyası əvvəlki kimi danışıqlar zamanı müzakirə olunan məqamları ictimaiyyətə açıqlamağa hazır deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR