Kreml Kiyevin Rusiyanın tələblərini qəbul etməsini gözləyir

Kreml Kiyevin Rusiyanın tələblərini qəbul etməsini gözləyir
# 26 may 2022 14:10 (UTC +04:00)

Moskva Kiyevin Rusiyanın səsləndirdiyi tələbləri qəbul edib, real vəziyyəti dərk etməsini gözləyir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Moskva Kiyevin Rusiyanın tələblərini qəbul etməsini və de-fakto vəziyyəti, mövcud olan real vəziyyəti dərk etməsini gözləyir. Bunlar ərazi güzəştləri deyil. Bir daha təkrar edirəm, Kiyevə de-fakto vəziyyəti tanımaq və sadəcə ayıq şəkildə qiymətləndirmək lazımdır ”, - deyə Kremlin sözçüsü Moskvanın Kiyevdən hansı güzəştlər gözlədiyi və bunun ərazi güzəştlərinə də şamil edilib-edilməməsi ilə bağlı suala cavabında qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR