Kreml: Konqresə seçkilər ABŞ-la münasibətlərə təsir etməyəcək

Kreml: Konqresə seçkilər ABŞ-la münasibətlərə təsir etməyəcək
# 09 noyabr 2022 14:15 (UTC +04:00)

Kreml ABŞ Konqresinə seçkilərin nəticələri ilə bağlı məlumatları diqqətlə təhlil edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər pis olaraq qalır və qalacaq: "Konqresə seçkilər buna təsir etməyəcək", deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov onu da bildirib ki, Strateji Hücum Silahlarının azaldılması ilə bağlı SNV-3 müqaviləsinin uzadılması ilə əlaqədar Rusiya Federasiyası ilə ABŞ arasında dialoqdan danışmaq hələ tezdir, bu cür təmasları əvvəlcədən elan etmək olmaz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR