Kreml Kosovoda vəziyyətin gərginləşməsindən narahatdır

Kreml Kosovoda vəziyyətin gərginləşməsindən narahatdır
# 31 may 2023 13:56 (UTC +04:00)

Kreml Kosovoda vəziyyətin gərginləşməsindən narahatdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Rusiyanın hadisələrin inkişafını diqqətlə izlədiyini söyləyib.

"Rusiya Federasiyası Serbiyanı dəstəkləyir, hesab edir ki, Kosovo serblərinin hüquq və mənafelərinə hörmət edilməlidir", deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Putin və Serbiya prezidenti Aleksandr Vuçiç arasında Kosovoda vəziyyətin kəskinləşməsi səbəbindən təmasların planlaşdırılmadığını, lakin diplomatik kanallar vasitəsilə əlaqənin daim davam etdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR